Sentyabr 18, 2024

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.

Müzakirə müddətində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksəksəviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, eləcə də iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

Qeyd edək ki, “Zamin” Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit və sosial sahədə layihələr həyata keçirir.


Digər xəbərlər


ADY-dən qeyri-sabit hava şəraiti ilə bağlı sərnişinlərə - Müraciət

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında sürət həddini endirib. Bu barədə K...

Diqqət! Bu yolda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat...

Bu məhsullar bahalaşıb

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Kanal8-ə verilən məlumata görə, sentyabrda ayr...

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və ...

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır ...

Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini müdafiə edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb. O...

İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əlyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. Kanal8 xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, ...

Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - Video

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib. Zəhərlənən tələbələr “Xəzər TV”yə açı...