Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin və “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 20-də Masallı rayonunda Respublika Toxumçularının II Forumu keçiriləcək.
Bunu açıqlamasında Assosiasiyanın sədri Mədinə Əliyeva bildirib.
Onun sözlərinə görə, tədbirin məqsədi toxumçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən faydalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.
Forumda toxumçuluğun inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
M.Əliyeva əlavə edib ki, payız əkini öncəsi fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir: “Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur”.
Digər xəbərlər
ADY-dən qeyri-sabit hava şəraiti ilə bağlı sərnişinlərə - Müraciət
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında sürət həddini endirib. Bu barədə K...
Diqqət! Bu yolda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat...
Bu məhsullar bahalaşıb
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Kanal8-ə verilən məlumata görə, sentyabrda ayr...
Sabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və ...
Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb
Müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır ...
Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini müdafiə edib
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb. O...
İlham Əliyev İspaniya Kralını təbrik edib
Prezident İlham Əlyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. Kanal8 xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, ...
Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - Video
Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib. Zəhərlənən tələbələr “Xəzər TV”yə açı...