Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzasının verilməsini müdafiə edib
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb.
O, bu barədə Nevada ştatının Rino şəhərində çıxışı zamanı bəyan edib.
“Mən amerikalı vətəndaşı və ya hüquq-mühafizə orqanı əməkdaşını öldürən hər hansı miqrantın ölüm cəzasına məhkum olunmasını tələb edirəm”, – deyə Tramp bildirib.
Sabiq prezident Kolorado ştatının Aurora şəhərində keçirdiyi mitinqdə də eyni təklifi irəli sürüb. O, “qanunsuz miqrantlar tərəfindən ələ keçirilmiş və işğal edilmiş” kimi xarakterizə etdiyi şəhəri “xilas edəcəyini” bildirib.
Qeyd edək ki, D.Tramp bir müddət əvvəl prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ Ədliyyə Nazirliyinin ölüm cəzasına qoyduğu moratoriumu ləğv edəcəyini bildirib.
D.Tramp miqrantlara qarşı sərt ritorikası ilə tanınır, o, ABŞ-dəkı miqrantları amerikalıların həyatı və təhlükəsizliyi üçün təhdid hesab edir. Belə ki, sentyabrda o, digər namizəd Kamala Harrislə debat zamanı Ohayo ştatının Sprinqfild şəhərindəki miqrantları yerli vətəndaşların ev heyvanlarını yeməkdə ittiham edib. Daha sonra o, bu şəhərdən bununla məşğul olan haitililərin kütləvi şəkildə deportasiya edildiyini bildirib. Oktyabrda ABŞ-nin keçmiş prezidenti bəyan edib ki, ölkəyə gələn miqrantların çoxu cinayətkardır, onlar özləri ilə “pis genlər” gətiriblər və indi bu onların qanındadır.
Digər xəbərlər
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, sarı xəb...
İlham Əliyev: Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır
Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır. Bunu Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əh...
Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir
2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı...
Muxtar Babayev COP29-un Prezidenti seçildi - Sədrlik Azərbaycana verilib
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib. Kanal8 xəbər verir ki, bu qərarı COP28-in Prezide...
Bakıda COP29-un açılış mərasimi başlayıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) açılış mərasimi başlayıb. Tədbiri gir...
Bölgələrdən Bakıya gələnlərin nəzərinə!
Bu gündən Azərbaycanda COP29 tədbiri başlayır. Kanal8 xəbər verir ki, bununla əlaqədar Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir...
Bu gün Azərbaycanda COP29-a start verilir
Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır. Azərbayc...
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır. Bu barədə Kanal8-ə Mill...