Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı sərgi keçiriləcək

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək.
Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq.
Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.
Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan “Tullantıdan sənətə” adlı beynəlxalq festival keçirilir. Əsasən məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı Muzeyin açılması isə Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər.
Dotun Popula tullantı metallardan hazırladığı əsərləri vasitəsilə ilə hazırda bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.
Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın “Dubay Ekspo 2020” sərgisindəki Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdur.
Digər xəbərlər
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisi açılıb
Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub. Kanal8 xəbər verir ki, “Əbədiyyətin...
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Xəbər verdiyi...
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb
“Avroviziya – 2025″in ilk yarımfinal mərhələsi keçirilib. Müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Az...
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib. Kanal8 xəbər verir ki,...
"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüsseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, hə...
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılış mərasimi olub. Açılış mərasimində “Azərxalça” ASC-nin İdarə Heyətinin səd...
“Muğam” Televiziya Müsabiqəsi başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsi başlayır. Kanal8 xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Tel...
Bakıda klassik musiqi konserti keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib. Kanal8 xəbər...