Oktyabr 22, 2024

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.

Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.


Digər xəbərlər


“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 %-ə yüksəldib...

Dövlət Xidməti: Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcəyi barədə məlumatlar yalandır

1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağ...

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tə...

Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib

Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib. Yenilənmiş qanuna əsasən, bundan sonra...

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜD...

Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək. Bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi ha...

Dollar almaq istəyənlərin nəzərinə!

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun ...

Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına proqnozlaşdırılan nisbəti açıqlanıb

Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti...