Əhaliyə şad xəbər – Bütün növ pensiyalar artacaq

“Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:
“Nəzərə alsaq ki, ilin sonuna doğru artım faizinin dəyişməsi mümkündür, çünki əvvəlki aylarda da biz artım faizinin dəyişməsini müşahidə etmişik. Hələlik artım faizi 8 faizdir. Amma pensiyalar 2024-cü ildəki artım faizinə uyğun olaraq indeksləşdiriləcək. Bu ondan xəbər verir ki, əmək pensiyalardakı artım faizi ilin sonuna doğru daha da dəqiqləşəcək və konkretləşəcək. Bütün hallarda 2024-cü ilin yekunlarına uyğun olaraq 2025-ci ildə əmək haqqı artımlarına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək.
Növbəti aylarda əgər hər hansı bir sektorda maaşların dəyişməsi ilə bağlı qərar olarsa, orta aylıq əmək haqqı faizinə təsir göstərəcək. Amma bütün hallarda orta aylıq əmək haqqı faizi üzrə rəqəmlər ilin sonuna doğru dəqiqləşir, daha sonra isə 2025-ci ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən illik rəsmi artım faizi elan olunur.
İndeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edəcək. Bura yaşa görə əmək pensiyası alan vətəndaşlarımız, valideyn itirilməsinə görə əmək pensiyası alanlar və eyni zamanda, əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyaları aiddir. Hər üç qrup üzrə əmək pensiyalarının indeksləşdirilib artırılması həyata keçiriləcək”.
Digər xəbərlər
Pensiya alanların nəzərinə!
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Kanal8 xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu...
Sosial yardım alanların nəzərinə: Məbləğ arta bilər
“Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisəl...
Azərbaycanda orta aylıq əmək haqqı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9...
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
İyulun 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı ş...
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq ...
Pensiya alanların nəzərinə!
İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbə...
Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avq...
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
“Milli Məclisdə “Dövlət borcu” haqqında qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu”. Kanal8 xəbər verir k...