Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir

2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub.
Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.
O, mina qurbanlarının sayının artdığını, Azərbaycanın Ermənistanın 30 illik işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib.
“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir”, – Hikmət Hacıyev əlavə edib.
Paylaşıma əlavə edilmiş qrafikaya əsasən, 2020-ci ilin ilin 10 noyabrından sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan 143-ü mülki şəxslər olub.
10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.
Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaqlar, 38-i qadınlar olub.
Digər xəbərlər
Bu yol bağlıdır - Sürücülərin nəzərinə!
Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin...
Bu gün Azərbaycanın bəzi hissələrində qaz olmayacaq
Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il...
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Kanal8 xəbər verir ki, Ağdam...
Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Kanal8 xəbər verir ki, bile...
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib
Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində ...
Azərbaycanda bu yol əsaslı təmir edilir - Video
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin ya...
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi barədə fikirləri dinlənilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də ...
Azərbaycanlılar ən çox bu ölkələrə gedir - Siyahı
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əc...