Muxtar Babayev COP29-un Prezidenti seçildi – Sədrlik Azərbaycana verilib
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.
Kanal8 xəbər verir ki, bu qərarı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber elan edib.
Həmçinin, sədrlik Azərbaycana verilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Digər xəbərlər
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədr...
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - BİRGƏ MƏLUMAT
Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Kanal8-in m...
Gürcüstan DİN: Tbilisidə keçirilən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb
Tbilisidə Rustaveli prospektində ötən gecə baş verən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb. “İnterfaks” xəbər verir ki, bu ba...
İstanbulda 14 mərtəbəli binada partlayış olub - Ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər ...
ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb
ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb. “Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ...
İsmayıllı şəhəri belə olacaq — Yeni Baş planı hazırlanır
İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır. Bu barədə Dövlət Şəhərsalma və ...
DYP-dən motosiklet və moped sürücülərinə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib. Kanal8...
Ötən gün saxlanılan jurnalistlərin ittihamı AÇIQLANIB
Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub. Kanal8 APA-ya istinadənməlumat verir ki, saxlanılanların vəkilləri onların ...