Noyabr 21, 2024

Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib.

Səhnə əsərini izləyənlər arasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Titul partiyanı – Nəsimi obrazını Əməkdar artist Ramil Qasımovun ifa etdiyi tamaşada digər rolları Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazı) və başqaları canlandırırlar.

Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, səhnə əsərində Bakı Dövlət Sirkinin artistləri, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Şirzad Fətəliyev (balaban), Elnur Əhmədov (kamança), eləcə də Əmrah Orucov (ud) çıxış edirlər.

İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə birləşdirən opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişdən sonra səhnəyə çıxan operanın libretto müəllifi akademik Rafael Hüseynov İmadəddin Nəsiminin məhz Azərbaycan şairi kimi keçmiş sovetlər dönəmində tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu deyib. “Nəsimi” operası barədə danışan alim səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.


Digər xəbərlər


Gürcüstan “Basqalı” və "Bu qala, daşlı qala"nın müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirib

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb. Bu barədə Əqli Mülkiyyət Age...

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o uzun sürən xəstəlikd...

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat edilib

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub. Bu barədə şairin yaxınları məlumat veriblər. Bildirilib ki, şairin hazırda xəstəxa...

Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib. Bu barədə “Xəzər” Muzey Mərkəzinin təs...

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Paraqvayın As...

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muz...

Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi ...

Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi Heydər Əliyev Mərkəzində - Fotolar

Noyabrın 1-dən Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur. Kana...