Noyabr 28, 2024

Azərbaycanın dövlət borcu açıqlanıb


Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub.

Kanal8 Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur.

Məlumata görə, borcun 9 milyard 8,5 milyonmanatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.

“Daxili dövlət borcunun kəskin artımı dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə bağlıdır”, – deyə nazirlik bəyan edib.

Qurum sentyabrın sonuna xarici dövlət borcunun valyuta tərkibini də açıqlayıb:

– XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,7 %,

– ABŞ dolları 86,1 %,

– avro 6,1 %,

– yapon yeni 3,4 %,

– digər valyutalar 0,7 %.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 %-ni, sabit dərəcə ilə olanlar isə 51,7 %-ni təşkil edib. Xarici dövlət borcunun 48,5 %-i 5 ilə qədər olan müddətdə, 44,5 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7 %-i faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.


Digər xəbərlər


Minimum əmək haqqı artıb: Sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minim...

Pensiya alanların diqqətinə!

Bölgələr üzrə pensiya ödənişi həyata keçirilib. Bu gün təqaüdçülərin bank hesabına pul köçürülüb. Qeyd edək ki, yanvar ayında nəzərdə tutul...

Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır? - Deputat CAVAB VERDİ

Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağ...

Gələn aydan bu müavinətin də məbləği artacaq - Deputat AÇIQLAYIB

Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq. Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məb...

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə (təsbit olunmuş-RED) ödəniləcək. Bu, “Valideynlərini itir...

Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları AÇIQLAYIB

Son dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır. Bu addım həm sosial müdafiə sistem...

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub

Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub. Bununla bağlı “Əmək pensiyaları haqqında” q...

“Fitch” Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində, stab...