Elnur Məmmədov bölgədəki vəziyyət barədə ABŞ rəsmisini məlumatlandırıb
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) Kanal8-ə bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib
Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Sənəd müvafiq komitə iclasın...
Fidan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün müzakirələrə dəstək verməyə hazırdır
Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün müzakirələrə dəstək verməyə hazırdır. Bu sözləri Türkiyənin xarici işlər naziri Ha...
Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi n...
Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb
Azərbaycan Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya məsələləri üzrə baş direktoru və nazirin kö...
"Putin Trampla danışmağa hazırdır" - Peskov
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampla danışmağa hazırdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib...
Avropa İttifaqının Ali nümayəndəsi Ermənistana səfər edəcək
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistana səfərə hazırlaşır. Ermənistan mediası x...
Hikmət Hacıyev Belarus səfirini qəbul edib
Hikmət Hacıyev Belarus səfirini qəbul edib. Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin “X” platformasındakı paylaşımında bildirilib. A...
Azərbaycan və Türkiyənin Quru Qoşunları komandanları Ankarada görüşüb
Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının Komandanı general-polkovnik Hikmət Mirzeyev Türkiyənin Quru Qoşunları komandanı general...