DYP-dən motosiklet və moped sürücülərinə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib.
Kanal8 xəbər verir ki, müraciətdə hazırda ölkənin avtomobil yollarında bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayının sürətlə artdığı bildirilib, onlara qaydalara əməl etməklə bağlı çağırış edilib.
“Təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil. Son 15 gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərin xəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərin xəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxş olmadığından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!”, – müraciətdə qeyd olunub.
Digər xəbərlər
ABŞ-nin ÜST-dən çıxması təşkilatı çətin duruma salıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın təşkilatdan çıxmaq qərarından sonra xərcləri azaldacaq və proqramların prioritetl...
Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib
Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarə...
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlu...
“Azərpoçt” Şuşada fəaliyyətə başlayıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. “Azərpoçt” MMC növbəti poçt məntəqəsi...
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində n...
Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarlayıb
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Palatadan bildirilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun r...
Təyyarə qəzasında yaralananların son durumu - 1 nəfərin vəziyyəti ağırdır
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət...
Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qara qutusunda şəbəkəyə "sızdırılandan"dan daha çox məlumat var
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğayan AZAL-a məxsus təyyarənin qara qutusunun oxunm...