Dekabr 7, 2024

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – BİRGƏ MƏLUMAT

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Kanal8-in məlumatına görə, birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır.

“Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – birgə məlumatda vurğulanıb.


Digər xəbərlər


Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib

Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarə...

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlu...

“Azərpoçt” Şuşada fəaliyyətə başlayıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. “Azərpoçt” MMC növbəti poçt məntəqəsi...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində n...

Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarlayıb

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Palatadan bildirilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun r...

Təyyarə qəzasında yaralananların son durumu - 1 nəfərin vəziyyəti ağırdır

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət...

Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qara qutusunda şəbəkəyə "sızdırılandan"dan daha çox məlumat var

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğayan AZAL-a məxsus təyyarənin qara qutusunun oxunm...

Təyyarə qəzasının təhqiqatı ilə bağlı ilkin nəticələr gələn həftə açıqlanacaq

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq. Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kan...