Dekabr 7, 2024

“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 %-ə yüksəldib.

Bu barədə Kanal8 agentliyin məlumatına istinadən xəbər verir.

“S&P” qeyd edir ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.

“2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9 % təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 %-dən (iyun proqnozu) 4,5 %-ə qədər yenidən nəzərdən keçirmişik”, – məlumatda vurğulanıb.

Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8 % artmış qeyri-neft sektorudur.

“Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik”, – agentlik bildirib.

“S&P” orta müddətli perspektivdə Azərbaycanın qeyri-neft sektorunun illik 3-4 % səviyyəsində artacağını gözləyir. Bununla yanaşı, analitiklər hesab edirlər ki, struktur islahatları və iqtisadi diversifikasiya üzrə növbəti tədbirlər qeyri-neft sektorunun artım tempinin sürətlənməsinə kömək edə bilər.

“S&P”nin proqnozlarına görə, 2025-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2 % təşkil edəcək.

Agentlik Azərbaycanın ÜDM-nin nominal həcmini 2025-ci il üçün 127 milyard manat (75 milyard ABŞ dolları), 2026-cı il üçün 132 milyard manat (78 milyard ABŞ dolları), 2027-ci il üçün 137 milyard manat (81 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Ölkə hökumətinin proqnozlarına görə, ÜDM artımı 2024-cü ildə 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 % təşkil edəcək.


Digər xəbərlər


Minimum əmək haqqı artıb: Sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minim...

Pensiya alanların diqqətinə!

Bölgələr üzrə pensiya ödənişi həyata keçirilib. Bu gün təqaüdçülərin bank hesabına pul köçürülüb. Qeyd edək ki, yanvar ayında nəzərdə tutul...

Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır? - Deputat CAVAB VERDİ

Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağ...

Gələn aydan bu müavinətin də məbləği artacaq - Deputat AÇIQLAYIB

Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq. Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məb...

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə (təsbit olunmuş-RED) ödəniləcək. Bu, “Valideynlərini itir...

Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları AÇIQLAYIB

Son dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır. Bu addım həm sosial müdafiə sistem...

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub

Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub. Bununla bağlı “Əmək pensiyaları haqqında” q...

“Fitch” Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində, stab...