Bakıda qumbara və partladıcılar tapılıb

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.
Bu barədə Kanal8-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762×54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər xəbərlər
ETX: “Azərpoçt”un adından dələduzluq halları var
Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir. ...
DİQQƏT: Sabah bu rayonda qaz olmayacaq
Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Kanal8-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat B...
Polisə dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” yazılacaq
Polisə ictimai dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” sözləri yazılacaq. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərar...
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsin...
Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək. Bu barədə Kanal8-ə Dövlət İmtahan Mərkəzində...
İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata gö...
Nazirlik övladlarını çöpçüyə aparan valideynlərə müraciət edib
“Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislər...
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fə...