“Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması iddiaları əsassızdır” – Baş Qərargah

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.
IRNA xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.
“Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir”, – bəyanatda deyilir.
Qeyd olunub ki, son dövrlər İran mediasında və sosial şəbəkələrdə İslam Şurasının (Parlament) bəzi üzvləri və digər şəxslər Rəisinin helikopter qəzasını təxribat adlandırıblar.
Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətinin Vərzqan rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Digər xəbərlər
ETX: “Azərpoçt”un adından dələduzluq halları var
Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir. ...
DİQQƏT: Sabah bu rayonda qaz olmayacaq
Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Kanal8-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat B...
Polisə dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” yazılacaq
Polisə ictimai dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” sözləri yazılacaq. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərar...
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsin...
Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək. Bu barədə Kanal8-ə Dövlət İmtahan Mərkəzində...
İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata gö...
Nazirlik övladlarını çöpçüyə aparan valideynlərə müraciət edib
“Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislər...
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fə...