Səfir: ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcək üçün təməllər qoyub

Burada Birləşmiş Ştatları təmsil etmək mənim üçün bir şərəf və ömürlük imtiyaz olub. Vidalaşmaq heç vaxt asan deyil, lakin mən Azərbaycana qarşı dərin minnətdarlıq hissi və birgə səylərimizin gələcəyinə dair nikbinliklə buradan ayrılıram.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby vida mesajında bildirib.
“Nizami Gəncəvidən Ell və Nikkiyə, Vəcihə Səmədovadan Təvəkkül şefə, Zeynalabdin Tağıyevdən Azərbaycan Hava Yollarının 8243 nömrəli reysinin qəhrəman heyətinə kimi azərbaycanlılar, əfsanəvi igidlik, yaradıcılıq, dözümlülük, qonaqpərvərlik, dini müxtəliflik və dünyagörüşə sahib xalqdır. Danusia və mənim burada tanış olduğum hər bir azərbaycanlı belə möhtəşəm insanlarla ümumi irsi daşıyır. Ən çox isə Azərbaycan xalqı üçün darıxacağıq”, – səfir vurğulayıb.
Diplomat qeyd edib ki, tarixi 30 il əvvələ dayanan Əsrin Müqaviləsindən keçənilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ – Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub: “Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik”.
Digər xəbərlər
ETX: “Azərpoçt”un adından dələduzluq halları var
Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir. ...
DİQQƏT: Sabah bu rayonda qaz olmayacaq
Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Kanal8-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat B...
Polisə dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” yazılacaq
Polisə ictimai dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” sözləri yazılacaq. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərar...
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsin...
Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək. Bu barədə Kanal8-ə Dövlət İmtahan Mərkəzində...
İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata gö...
Nazirlik övladlarını çöpçüyə aparan valideynlərə müraciət edib
“Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislər...
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fə...