Fevral 6, 2025

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR


Minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqları ilə yanaşı, müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.

Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.

Dövlətimizin başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb.

Beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən, avtomatik artım edilməklə həmin gündən 320 manat olub.

Eyni zamanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 280 deyil, 320 manat olacaq.

Hazırda minimum pensiya məbləği 2025-ci il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (232 manat) 88 manat və ya 38 faiz üstələyir.

Qeyd edək ki, dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyaların 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılması da təmin edilib. Həmçinin istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.

2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, o cümlədən minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda orta aylıq pensiya 2,4 dəfə artıb.

2025-ci ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqlarının artımı da təmin edilib. Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.

Ümumilikdə bu ilin əvvəlindən reallaşdırılan növbəti (2018-ci ildən ötən dövrdə 5-ci) sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.


Digər xəbərlər


Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yay...

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. Kanal8 xəbər verir ki, bunu şirkətin Müşahidə...

Bu şəxslərin də müavinət alması təklif edilib

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin ve...

Qızılın qiyməti rekord səviyyəyə çatıb

Qızıl bahalaşmaqda davam edir. Qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertlər...

Bu məhsullar bahalaşıb - Siyahı

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütü...

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığort...

Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəh...

Bu təqaüdlər 14 faiz ARTIB

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüd...