Fevral 12, 2025

Azərbaycanla BƏƏ Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

11 fevral 2025-ci il tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.

XİN-dən Kanal8-ə verilən xəbərə görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub. Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.

Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.


Digər xəbərlər


İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Kanal8-in məlumatına görə, təbrikdə deyilir:  “Hör...

London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır. Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlament...

Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb. Bu barədə XİN-in Mətbuat xidmət...

Rəsmi Bakı: Ermənistan Baş nazirinin ofisinin bəyanatını qətiyyətlə rədd edirik

Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktl...

Trampla Putinin telefon danışığının vaxtı açıqlanıb

Bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutacaq telefon danışığının vaxtı açıqlanıb.  TASS xəbər verir k...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Kanal8 xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının...

İlham Əliyev və Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu k...

Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə...