Bu şəxslərin də müavinət alması təklif edilib

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.
Kanal8 xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.
Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.
Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.
Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub.
Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.
Digər xəbərlər
Azərbaycan daha 3 ölkədən qızıl almağa başlayıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 16ölkədən 1 milyard 422 milyon ABŞ dolları dəyərində 15 min 868 kiloqram qızıl (qızıl, digər yarımişlə...
AMB “PulPal”a məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC elektron pul təşkilatına məcburi göstəriş verib. Kanal8 bu barədə AMB-yə istinadən xəbər verir. ...
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb
Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir. Bu barədə Maliyyə Nazi...
Bu şəxslərin pensiya təminatı gücləndiriləcək
Azərbaycanda bir sıra şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən ic...
Azərbaycanda orta əmək haqqı artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən...
Çin ABŞ mallarına rüsumları 125 %-ə qədər artırıb
Çin ABŞ-dan idxal olunan məhsullara rüsumları 125%-ə qaldırıb.Bu barədə “Xinhua” məlumat yayıb. Məlumata əsasən, Çin sabahdan etib...
Bu məhsullar bahalaşıb
Bu ilin mart ayında Azərbaycanda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, ...
Pensiya alanların nəzərinə!
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial Müdafiəsi...