Mart 18, 2025

Bu gecə hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

Kanal8 xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.


Digər xəbərlər


"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi

“Agentlik tərəfindən İctimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, hə...

TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bundan əvvəl 36 n...

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Kanal8-ə Milli Hidrometeorologiya ...

Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ...

Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək ar...

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib

Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edi...

Qubada qaya parçaları yola düşüb

Qubada qaya parçaları yola düşüb. Hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində baş verib.  Nə...