Mart 18, 2025

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək


Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Kanal8 xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.

Novruz bayramı ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir

Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir:

“Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək”.

DYP sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır

Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.


Digər xəbərlər


"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi

“Agentlik tərəfindən İctimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, hə...

TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bundan əvvəl 36 n...

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Kanal8-ə Milli Hidrometeorologiya ...

Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ...

Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək ar...

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib

Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edi...

Qubada qaya parçaları yola düşüb

Qubada qaya parçaları yola düşüb. Hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində baş verib.  Nə...