Aprel 19, 2025

“Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir” – AQTA rəsmisi

“Agentlik tərəfindən İctimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir”.

Bunu Kanal8-ə açıqlamasında AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub: “Nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub. Amma təəssüf ki, hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir.

Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlınmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur.

Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir”.


Digər xəbərlər


Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi  “Reklam haqqında” qanuna...

Bu şərabların reklamı qadağan edilib

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...

Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb....

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Ko...

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mər...