May 2, 2025

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik? – RƏSMİ CAVAB

Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.

Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

Kanal8 xəbər verir ki, Mərkəzi Bank əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir.

Açıqlamada deyilir ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır.

“Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir” – məlumatda deyilir.


Digər xəbərlər


Azərbaycanda orta əmək haqqı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən ...

Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin a...

ABŞ Prezidenti Çinlə ticarət razılaşmasının hazır olduğunu bəyan edib

ABŞ və Çin nümayəndə heyətləri ticarət sazişinin parametrlərini razılaşdırıblar, indi onun iki ölkə liderləri səviyyəsində təsdiqlənməsi lazımdır...

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. Kanal8 bu barədə AMB-yə isti...

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Kanal8 xəbər ...

Bakıda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib. Bu barədə Kanal8-ə Bakı şəhər...

“ƏDV geri al”anlara XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qu...

Pensiya alanların nəzərinə!

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib. Kanal8 xəbər verir ki, bu barədə...