Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Kanal8 xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəngərli kəndinə 50 ailə – 207 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Digər xəbərlər
Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb
Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...
İranda daha üç nüvə alimi öldürülüb
İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...
Xocalıda "Son zəng" keçirilib
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...
34 il sonra Şuşada “Son zəng” çalınıb
Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...
Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...
Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...
İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...