May 20, 2025

İlham Əliyev: Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir

İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub:

“Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir”.


Digər xəbərlər


Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təş...

Netanyahu Tramp və Putinlə telefon danışığı aparacaq

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin İrana endirdiyi zərbələri Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır. TASS...

Hikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərç...

Ərdoğan İsrailin İrana hərbi hücumlarını pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hərbi hava hücumuna münasibət bildirib. R.T.Ərdoğan İsrailin İrana hücumlarını təxribat...

"İsraili peşman edəcəyik" - Pezeşkian

İran Prezidenti Məsud Pəzeşkian İsrailin İran ərazisinə endirdiyi zərbələrə görə güclü cavab veriləcəyini deyib. O, televiziya ilə müraciətind...

Tramp: İran nüvə sazişi şansından istifadə etmədi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişi imzalamaq şansından istifadə etmədi. O, bu barədə “Truth Social” şəbəkəsindəki səhifəsində yazı...

İran Prezidenti xalqa müraciət edəcək

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edəcək. Bu barədə o özü “X” sosial şəbəkəsində yazıb. ...

Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasından narahatdır

Rusiya İsrail və İran arasındakı gərginliyin kəskin şəkildə artmasından narahatdır və bunu pisləyir. Bu barədə bu gün Rusiya Prezidentinin mət...