May 22, 2025

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.

Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilib.

“İcra haqqında” qanuna icra xidmətinin depozit hesabına dair yeni – 81-1-ci maddə əlavə edilib. Qanuna əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
“Nağdsız hesablaşmalar haqqında” qanuna da müvafiq dəyişiklik edilib.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.


Digər xəbərlər


Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...

İranda daha üç nüvə alimi öldürülüb

İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...

Xocalıda "Son zəng" keçirilib

Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...

34 il sonra Şuşada “Son zəng” çalınıb

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...

Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır

Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...

Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...

Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...