May 22, 2025

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.

Kanal8 xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb:

“Daşnaksütyun 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.

Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.

Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterilada “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Digər xəbərlər


Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...

İranda daha üç nüvə alimi öldürülüb

İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...

Xocalıda "Son zəng" keçirilib

Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...

34 il sonra Şuşada “Son zəng” çalınıb

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...

Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır

Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...

Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...

Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib

Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...