“ƏDV geri al”anlara XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet Vergi İdarəsi tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq.
O cümlədən, Dövlət Vergi Xidməti tərəfindən “ƏDV geri al” portalında da texniki tənzimləmələr həyata keçiriləcək.
Bununla bağlı olaraq bu gün “ƏDV geri al” portalında, həmçinin Birbank tətbiqində ƏDV geri almaq üçün qəbzləri oxutmaqda çətinlik yaşana bilər.
8 iyun tarixindən etibarən isə Birbank tətbiqi ilə yenidən rahatlıqla qəbzləri oxudaraq ƏDV geri almaq mümkün olacaq.
Qeyd edək ki, QR ödənişlər üzrə birbaşa əldə olunan ƏDV-lər 8 iyunda, digər ödənişlər üzrə 7 iyunda geri qaytarılması nəzərdə tutulan ƏDV-lər isə yaxın bir neçə gün ərzində köçürüləcək.
Digər xəbərlər
Pensiya alanların nəzərinə!
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Kanal8 xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu...
Sosial yardım alanların nəzərinə: Məbləğ arta bilər
“Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisəl...
Azərbaycanda orta aylıq əmək haqqı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9...
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
İyulun 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı ş...
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq ...
Pensiya alanların nəzərinə!
İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbə...
Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avq...
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
“Milli Məclisdə “Dövlət borcu” haqqında qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu”. Kanal8 xəbər verir k...