İyun 10, 2025

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq


Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır.

Kanal8 xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Deputatın sözlərinə görə, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır.

“ Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də, qiymətin aşağı düşməsinə səbəb ola bilər. Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq.

Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq, 75 faiz güzəşt 90 faizə qaldırıldı.

Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”, – deyə deputat qeyd edib.


Digər xəbərlər


Pensiya alanların nəzərinə!

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Kanal8 xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu...

Sosial yardım alanların nəzərinə: Məbləğ arta bilər

“Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisəl...

Azərbaycanda orta aylıq əmək haqqı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9...

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

İyulun 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı ş...

Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq ...

Pensiya alanların nəzərinə!

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbə...

Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək

Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avq...

Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq

“Milli Məclisdə “Dövlət borcu” haqqında qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu”. Kanal8 xəbər verir k...