Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib. Martın 14-də Mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olub. Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir. Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk […]

2023-cü ilin “Oskar” mükafatının qalibləri məlum olub

Mişel Yeoh “Hər şey hər yerdə və dərhal” filmindəki roluna görə “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb. Qaliblər ABC kanalında canlı yayımda elan edilib. Eyni zamanda rejissorlar Den Kvan və Daniel Şeynert “Hər şey hər yerdə və dərhal” filmindəki işlərinə görə “Oskar” mükafatını qazanıblar. Den Kvan və Deniel Şaynertin “Hər yerdə hər şey və dərhal” […]

Akademik Zərifə Əliyevanın doğum günündə Heydər Əliyev Mərkəzində “Dan ulduzu” instrumental ansamblının konserti olacaq

Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olacaq. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsertdə əfsanəvi “Dan ulduzu” instrumental ansamblı çıxış edəcək. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçəcək konsertdə “Dan ulduzu” ansamblının repertuarındakı sevimli mahnılar ifa olunacaq. Gecənin proqramına Cahangir Cahangirov, Elza İbrahimova, Emin […]

Milli Teatr Günü ilə əlaqədar telemarafon keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək. Bu barədə Kanal8-ə nazirlikdən məlumat verilib. Bildirilib ki, gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Qeyd edək ki, bu gün 10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur.

“Avroviziya-2023”-də Azərbaycan təmsilsiçi müəyyən olunub

“Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər. Xatırladaq ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılacaq

Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq. Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Sərgidə Latviyadan İeva Krumina (Ieva Krūmiņa) və dünyaşöhrətli fotoqraf Reza Deqatinin (Reza […]

Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Tamaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir. Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə […]

Tofiq Kazımovun 100 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Kanal8-in xəbərinə görə, sərəncamda deyilir: “2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur. Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını […]

Növbəti Milli Muğam Müsabiqəsi başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır. Kanal8 xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək baş tutacaq. Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental […]

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” hazırlanır

“Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədini hazırlayır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”. Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, sənəddə qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək: “Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu […]