
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Bu sıraya mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət […]

Bu şərabların reklamı qadağan edilib
Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, aşağıdakılar nəzərdə tutur: – “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları”nın (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) “Reklam haqqında” qanunun tənzimləmə dairəsinə […]

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib
Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. “Xanım bloger anasına aid çamadanın zorla əlindən alındığını, […]

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişiklikdə əksini tapıb. Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul […]

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub. Kanal8 xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona […]

Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb. Kanal8-in məlumatına görə, sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” […]

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkənlər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq […]

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!
Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, DİM-ə imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər 22 may saat 12:00-dan 9 iyun saat 14:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün […]

DYP-dən valideynlərə MÜRACİƏT: Uşaqlarınızı küçəyə tək buraxmayın!
Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları […]

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün […]