
Blinken: “Azərbaycan və Ermənistan arasında sülh razılaşması üçün fürsət yaranıb”
ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər. O, çərşənbə günü Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış edərək bunu təsdiqləyib. “Hesab edirəm ki, əlverişli şərait var, hərçənd onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən fürsət var”, – […]

Ərdoğan Putinlə telefon danışığı aparacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib. O qeyd edib ki, 2-3 günə baş tutacaq danışıq zamanı taxıl koridorunun fəaliyyəti və Rusiya gübrəsinin dünya bazarlarına çıxışı müzakirə olunacaq.

İlham Əliyev və Mehriban Əliyeva Talış kəndinin sakinləri ilə görüşüb söhbət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.

İlham Əliyev Talış kəndinə gəlib – Novruz tonqalını alovlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev Talış kəndinə gəlib, Novruz tonqalını alovlandırıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.Sonra dövlət başçısı Talış […]

İlham Əliyev və Mehriban Əliyeva Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. D övlətimizin başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. Kanal8 xəbər verir ki, dövlət başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində […]

İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Vurğulanıb ki, 57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində […]

Ordubad rayonunun icra başçısı vəzifədən azad olunub
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Kanal8-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mirzoyan və Lavrov Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yerləşdirilməsini müzakirə edəcək. “Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib. “Biz hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır, bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın vaxtlarda xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri planlaşdırılır və […]

Azərbaycan Ermənistanın hər bir təxribatına qarşı bütün zəruri addımları atacaq – XİN
Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq. Kanal8-in məlumatına görə, bu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 16 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində deyilir. “Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini […]